Putinin düşməninə ağır itki
Bizi izləyin

Dünya

Putinin düşməninə ağır itki

YUKOS şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskinin anası Marina Filippovna vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Mixail Xodorkovskinin mətbuat mərkəzindən məlumat verilib. Keçmiş oliqarxın anası 80 yaşında Berlindəki xəstəxanaların birində keçinib.

Qeyd edək ki, Xodorkovskinin anası uzun müddət idi ki, Berlindəki xəstəxanaların birində xərçəng xəstəliyindən müalicə olunurdu. Xodorkovski hələ 2013-cü ilin dekabrında verdiyi açıqlamasında bildirmişdi ki, Rusiya hökumətinin əfv fərmanı ilə bağlı qərarını qəbul etməsində anası ağır xəstəliyi rol oynayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm