İsraildən növbəti atəşkəs
Bizi izləyin

Dünya

İsraildən növbəti atəşkəs

İsrail tərəfi 7 saatlıq atəşkəs elan edib. ANS PRESS-in xəbərinə görə, saat 16.00-ya qədər davam etməsi planlaşdırılan atəşkəs qərarı yerli vaxtla bu səhər saat 09.00-dan qüvvəyə minəcək.

İsrailin atəşkəs qərarına Həmas qruplaşması hər hansı bir münasibət bildirməyib. Xatırladaq ki, ötən cümə günü 72 saatlıq atəşkəs elan edən İsrail özü 2 saat sonra bu qərarı pozmuş, nəticədə 50-dən çox fələstinli ölmüşdü.

İsrail atəşkəsin pozulmasına 1 İsrail əsgərinin qaçırılmasını səbəb kimi göstərsə də Həmas bu iddiaları təkzib etmişdi.

Ötən gün İsrail qırıcılarının BMT-yə aid məktəbə aviazərbələr endirməsi nəticəsində isə azı 10 fələstinli ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm