İlahiyyat professoru Ərdoğanı qarğıdı
Bizi izləyin

Dünya

İlahiyyat professoru Ərdoğanı qarğıdı

Adı qaldığı oteldə porno film izləməklə və verdiyi qalmaqallı fətvalarla gündəmə gələn ilahoyyat professoru Zəkəriyya Bəyaz qonaq olduğu telekanalın canlı efirində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı qarğıyıb.

ANS PRESS-in xəbərinə görə, proqramda baş nazir Ərdoğandan danışarkən özünü itirən Bəyaz səsinin tonunu yuxarı qaldıraraq özünə haqq qazandırıb. Qarğamağın doğru olmadığını deyən professor bildirib ki, ürəyi yananların buna haqqı var.

“Haqsızlığa bəd dua etmək əsla doğru deyildir. Amma ürəyi yanan insanların, ürəyini yandıran insanlara bəd dua etməyə haqqı var. Allah səni müvəffəq etməsin, Tayyib! Prezidentliyə yox, heç bir vəzifəyə keçə bilməyəsən. Vətəni satırsan, xalqı məhv edirsən, aclığa və səfalətə məhkum edirsən. Allahdan qorx, quldan utan!”

Xatırladaq ki, Türkiyədə “Ergenekon” istintaqınmın başladığı ilk illərdə “Mərmərə” Universiteti İlahiyyat fakultəsinin dekanı olmuş Zəkəriyya Bəyazın bu təşkilatın layihəsi olduğu açıqlanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm