Kiyevdə 500 nəfərlik nəhəng “qara siyahı” hazırlanır
Bizi izləyin

Dünya

Kiyevdə 500 nəfərlik nəhəng “qara siyahı” hazırlanır

Kiyev Rusiyanın 500 vətəndaşının Ukraynaya girişini qadağan etmək niyyətindədir.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenko “facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, Krımın Rusiyaya birləşməsini və Ukraynanın parçalanmasını dəstəkləyən Rusiya vətəndaşlarının siyahısı hazırlanır.

ABŞ və Avropa Birliyi artıq bu cür siyahılar hazırlayıb. Qərb ölkələri Krımın Rusiyaya birləşdirildiyi mart ayında Rusiyanın xeyli sayda siyasətçi, biznesmen və şirkətinə qarşı sanksiyalar tətbiq edib. İyul ayında isə “qara siyahı” genişləndirilib. Vaşinqton və Brüsseldə siyahının növbəti dəfə genişləndiriləcəyini istisna etmirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm