Rus müğənnilərin Ukraynaya girişi yasaqlanacaq
Bizi izləyin

Dünya

Rus müğənnilərin Ukraynaya girişi yasaqlanacaq

Rus müğənnilərin Ukraynaya girişi yasaqlanacaq

Rusiyanın mədəniyyət işçilərinə Ukraynaya giriş qadağan olunur.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü Anton Geraşenko öz “Facebook” səhifəsində yazıb:

“İndi Krımın Ukraynadan ayrılmasını alqışlayan artistlərin siyahısı hazırlanır. Bundan sonra onların Ukraynada pul qazanması, konsert verməsini qəbul edə bilmərik. Qoy gedib Krımın boş, adamsız çimərliklərində qağayılar üçün konsert versinlər”.

Xatırladaq ki, iyunun ortalarında Rusiya müğənniləri – İosif Kabzon, Oleq Qazmanov və Valeriya – Krımın Rusiyaya birləşdirilməsini dəstəklədiklərinə görə Latviyanın Xarici İşlər Nazirliyinin də “qara siyahı”sına düşüblər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm