Separatçılar zirehli maşını benzomişarla ələ keçirdilər – VİDEO
Bizi izləyin

Dünya

Separatçılar zirehli maşını benzomişarla ələ keçirdilər – VİDEO

Son sutka ərzində separatçılar Ukrayna ordusunun 5 tankını məhv ediblər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qondarma Donetsk Xalq Respublikasının döyüşçüləri ilə Ukrayna qvardiyaçıları arasında Stepanovka kəndi yaxınlığında şiddətli döyüşlər baş verib.

Separatçılar ukraynalıların bir zirehli maşınını ələ keçiriblər. Bu haqda onların qərargahından xəbər verilib: “Zirehli avtomobilin sursatı qurtarmışdı. Ona görə onu məhv etməyib, salamat ələ keçirməyə qərar verdik. Onu xeyli təqib etdik. Benzomişarla ağacları kəsib yollarını bağladıq. Çıxış yolu qalmayanda ukraynalılar təslim oldu”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm