Nigeriyada qaz daşıyan maşın partladı - 30 ölü, 17 yaralı
Bizi izləyin

Dünya

Nigeriyada qaz daşıyan maşın partladı - 30 ölü, 17 yaralı

Nigeriyanın Aqbor şəhərində qaz daşıyan avtomobil partlayıb.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, nəticədə azı 30 nəfər ölüb, 17 nəfər yaralanıb. Ehtimala görə, partlayışa yanacaqdoldurma məntəqəsində qaz paylayan xortumda sızma səbəb olub. İnsidentin dəqiq səbəbi araşdırılır. Partlayışın təsirindən güclü yanğın başlayıb və yaxınlıqdakı 30 evə ziyan dəyib.

Güclü yanğın xəsarətləri alan yaralılar xəstəxanalara yerləşdiriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm