Barak Obamadan Putinə xəbərdarlıq: “Rusiya çökür”
Bizi izləyin

Dünya

Barak Obamadan Putinə xəbərdarlıq: “Rusiya çökür”

“Rusiya hakimiyyətinin indiki oriyentasiyası ölkənin xeyrinə deyil. Rusiya prezidenti Vladimir Putinin siyasəti uzunmüddətli perspektivdə ölkə üçün çox zərərli ola bilər”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri ABŞ prezidenti Barak Obama “Economist” jurnalına müsahibəsində deyib.

ABŞ dövlət başçısının sözlərinə görə, Vladimir Putin qısamüddətli perspektivə ölkə daxilində məşhur olsa da, aparılan siyasət başqa ölkələrlə münasibətlərdə problemlər yarada bilər. B.Obama Rusiyanın rolu və qüdrətini şişirtməməyə çağırıb.

“İmmiqrantlar yeni imkanlar axtarışı üçün Rusiyaya getməyə tələsmirlər. Rusiya insanında orta ömrün uzunluğu təxminən 60 il təşkil edir, əhali azalır”, - Barak Obama qeyd edib.

O bildirib ki, Moskva regional çağırışlara məhəl qoymamaq siyasətindən əl çəkməlidir. Obama Moskvanın regional çağırışlara reaksiya vermək məcburiyyətində olduğunu ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm