Dünya
“Sərkisyan Soçidə İlham Əliyevdən qorxmasın, əks halda…” – Ermənilər təlaş içində
“Dağlıq Qarabağda yeni bir müharibə iki, üç, yaxud da beş ay sonra başlaya bilər”.
Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri cəbhə xəttindəki son qarşıdurmaları şərh edən müharibədə dinc əhaliyə qarşı amansızlığı ilə ad çıxaran erməni terror təşkilatı “Arabo”nun komandiri Manvel Yeqiazaryan deyib.
“Bizim başqa alternativimiz yoxdur. Müharibə mütləq olacaq. İndi olmasa da, iki, üç, yaxud da beş ay sonra”, - Qarabağ müharibəsinin keçmiş iştirakçısı qeyd edib.
O əmin olduğunu bildirib ki, Soçi görüşündə Serj Sarkisyan İlham Əliyevdən qorxmayacaq, torpaqların müəyyən hissəsinin təslim olunması barədə şifahi razılıq verməyəcək. M.Yeqiazaryan, əks halda, Sarkisyanın hərbi əməliyyatların yenilənməsi barədə xəbərlə qayıdacağını bildirib.
“Hakimiyyətin indiki mövqeyi ona gətirib çıxara bilər ki, heç kim vuruşmaq istəməyəcək. İnsanları müharibəyə hazırlamağın vaxtı çatıb”, - M.Yeqiazaryan dilə gətirib.
“Arabo”nın üzvlərindən biri Sedrak Nazaryan də hesab edir ki, Ermənistanda müharibənin başlanması haqqında danışmaq, hadisələrin bu istiqamətdə inkişafına ictimaiyyəti hazırlamaq lazımdır.
Ömər Dağlı
-
Nida Xəbər 17:15
İlham Əliyev Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 15:16
Dünya liderləri Bakıda onları izlədilər - VİDEO
-
Nida Xəbər 13:48
"Onlara pis xəbərim var: biz dünyaya deyirik ki..." - Prezident
-
Dünya13:18
Bu ölkədən Rusiya etirafı: müharibədə bir neçə gün...
-
Nida Xəbər 11:00
Mehriban Əliyevadan Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO
-
Sosial10:37
"Veteran pulu" artırılır? - Sahil Babayevdən MÜHÜM AÇIQLAMA
-
Nida Xəbər 10:30
COP29-dan sonra məktəb və universitetlərdə... - Əmrullayev açıqladı
-
Nida Xəbər 09:10
Yüksəkvəzifəli məmurlar COP29-da - FOTOLAR