Bill Qeytsdən BƏDBİN PROQNOZ: "Növbəti daha ağır ola bilər"
Bizi izləyin

Dünya

Bill Qeytsdən BƏDBİN PROQNOZ: "Növbəti daha ağır ola bilər"

"Microsoft" şirkətinin təsisçisi, xeyriyyəçi, dünyanın ən varlı insanlarından biri olan Bill Qeyts COVID-19 pandemiyasının hələ başlanğıc olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, bu fikirləri Almaniyanın “Süddeutsche Zeitung” nəşrinə müsahibəsi zamanı səsləndirib.

O deyib ki, dünya hələ növbəti pandemiyaya hazır deyil:

"Ümid edirəm ki, iki ildən sonra vəziyyət başqa cür olacaq. Vaksinlər, dərmanlar, testlər, xəstəxanalar – hamısı hazır olacaq. Pandemiya artıq həyatımızın bir hissəsinə çevrilib. Dövlətlərin vəzifəsi öz vətəndaşlarını qorumaqdır. Əgər hazırlıq daha yaxşı aparılsaydı, vəziyyət başqa cür olardı. Biz bundan düzgün nəticələr çıxarmalıyıq. Çünki növbəti pandemiya on dəfə daha ağır ola bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm