Yük maşınında dar ağacı qurub edam etdilər
Bizi izləyin

Dünya

Yük maşınında dar ağacı qurub edam etdilər

İranda təcavüz və silahlı soyğunda günahlandırılan üç nəfər ictimai yerdə edam edilib.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, təcavüz və 12 silahlı soyğun cinayətindən edama məhkum edilən üç nəfərlik qrup yüzlərlə şəxsin gözü qarşısında asılıb. Edam yük avtomobilində qurulan dar ağacında gerçəkləşdirilib.

Təxminən 11 ay əvvəl yaxalanan şəxslərin edamı elə cinayət törətdikləri Şiraz şəhərində həyata keçirilib.

Xatırldaq ki, şəriət qaydaları ilə idarə olunan İran İslam Respublikasında silahlı soyğun, təcavüz və narkotik ticarəti cinayətləri edamla cəzalandırılır. İran dünya səviyyəsində edam qərarlarından ən çox istifadə edən ölkədir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm