"F-35"lərdə CİDDİ XƏTA: Pilotları təhlükəyə sala bilər
Bizi izləyin

Dünya

"F-35"lərdə CİDDİ XƏTA: Pilotları təhlükəyə sala bilər

Belçika Ordusu nun ABŞ-dan sifariş etdiyi "F-35" təyyarələrinin xətalı olduğu ortaya çıxıb.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, Təyyarələrin, müharibə üçün yararlı olmadığı, pilotları təhlükəyə salacağı bildirilib.

Vaşinqton mərkəzli POGO müstəqil araşdırmalar qrupu tərəfindən imzalanan hesabat ABŞ MN-ə təslim edilib.

14 səhifəlik hesabata görə, "F-35"lərdə çox sayda çatışmazlıqlar var. Təyyarələr, istismar standartlarını qarşılamadığı kimi , dözümlülük testlərini də keçə bilməyib. Araşdırmalar nəticəsində, istifadə edilən təyyarələrdə çatların meydana gəldiyi də məlum olub.

Qeyd edək ki, Belçika, 34 ədəd F-35 təyyarəsi üçün 4 milyard avro məbləğində bir dəfəlik ödəmə etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm