Korrupsioner məmur edam edildi - FOTO
Bizi izləyin

Dünya

Korrupsioner məmur edam edildi - FOTO

Çinin ən böyük dövlət maliyyə təsisatlarından olan “Harong Asset Management”in sabiq rəhbəri, iqtisadçı Lai Xiaomin edam edilib.

Publika.az xəbər verir ki, Tiancin Şəhər Məhkəməsinin edam hökmünə məhkum etdiyi şəxs bu gün edam edilib.

Bildirilir ki, o, edam edilməzdən əvvəl ailə üzvləri ilə görüşdürülüb.

Qeyd edək ki, keçmiş məmur və iş adamına qarşı 1,8 milyard yuan (277 milyon ABŞ dolları) məbləğində vəsaiti talamaq və başqa korrupsiya əməlləri, habelə çoxevliliklə bağlı ittihamlar irəli sürülüb.

O həm də Çindəki hakim partiya olan Kommunist partiyasının üzvü olub. 2018-ci ildə həbs edildikdən sonra Lai Xiaomin partiya üzvlüyündən xaric edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm