Rusiya Ukrayna hərbçilərini geri qaytarır
Bizi izləyin

Dünya

Rusiya Ukrayna hərbçilərini geri qaytarır

Rusiyaya keçən Ukrayna hərbçilərindən 180-dən çoxu geri qaytarılacaq.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə nümayəndəsi Vasiliy Malayev bildirib.

Məlumata görə, Ukrayna hərbçilərinin özləri vətənə qayıtmaq arzusunu ifadə ediblər. Onlar “Matvev Kurqan” sərhəd-buraxılış məntəqəsindən Ukraynaya təhvil veriləcək.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti dünən gecə 438 ukraynalı hərbçinin Rusiyadan sığınacaq istəməsi barədə məlumat yayıb. Rusiya ərazisinə keçən Ukrayna hərbçiləri çadırlara yerləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm