Fransa Bakı və İrəvana münaqişənin həlli yolunu göstərdi
Bizi izləyin

Dünya

Fransa Bakı və İrəvana münaqişənin həlli yolunu göstərdi

Fransa Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrlə bağlı bəyanat verib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bəyanatda rəsmi Parisin cəbhə xəttindəki gərginlik və çoxsaylı insan ölümündən narahat olduğu bildirilir.

“Fransa Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan sərhədində baş verən qanlı hadisələrdən narahatdır. Dağlıq Qarabağ münaqişəsi istisnasız olaraq sülh danışıqları ilə həll edilə bilər. Fransa tərəfləri atəşkəs rejiminə hörmət etməyə və yeni qarşıdurmaların qarşısının alınması üçün tədbirlər görməyə çağırır”, - Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm