ÜST ekspertləri koronavirusun ortaya çıxdığı yerə getdi
Bizi izləyin

Dünya

ÜST ekspertləri koronavirusun ortaya çıxdığı yerə getdi

Koronavirusun kökünü araşdıran Ümumdünya Səhiyyə Təşkilatının heyəti pandemiyanın episentri hesab edilən Çinin Hubey əyalətinin Uhan şəhərindəki Xəstəliklərə Nəzarət Mərkəzinə gedib.

Publika.az xəbər verir ki, heyət sərt karantin tədbirləri altında mərkəzdə analizlər aparıb.

Qeyd edək ki, araşdırmaçı heyətdə ABŞ, Avstraliya, Almaniya, Yaponiya, İngiltərə, Rusiya, Niderland, Qətər və Vyetnamdan mütəxəssislər yer alıb.

Xatırladaq ki, koronavirus yoluxmalarına ilk dəfə 31 dekabr 2019-cu ildə Uhan şəhərində fəaliyyət göstərən dəniz məhsulları bazarında rast gəlinmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm