Sergey Lavrov: “Rusiya NATO-nun mövcudluğu üçün əsasdır”
Bizi izləyin

Dünya

Sergey Lavrov: “Rusiya NATO-nun mövcudluğu üçün əsasdır”

“NATO Ukraynasız da Rusiya ilə münasibətlərdə gərginlik yaratmaq üçün səbəb tapardı”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov İTAR-TASS xəbər agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Şimali Atlantika İttifaqı (NATO) Rusiya ilə münasibətləri gərginləşdirməklə bundan sonrakı mövcudluğu üçün əsas axtarır. Rusiya xarici işlər naziri bir vaxtlar NATO-nun qorxusu olan Varşava Paktının da artıq mövcud olmadığını qeyd edib.

“NATO bundan sonrakı mövcudluğu üçün əsas axtarır. Əfqanıstan nə vaxtsa bunun üçün hərbi alyansa kömək edirdi. İndi isə Rusiya var. Əvvəlcə Suriyada baş verənlərə görə bizi ittiham etdilər. Daha sonra Edvard Snouden məsələsi ortaya çıxdı. Bir qədər sonra isə Qış Olimpiadası ilə bağlı boykotlar səslənməyə başladı. Ümumiyyətlə, qərəzli əhvali-ruhiyyə Ukrayna hadisələri əvvəl də hiss olunurdu”, - Rusiya Xarici İşlər Nazirliyinin başçısı bildirib.

S.Lavrov Qərbin bu siyasətinin perspektivi olmadığını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm