Ukrayna hərbçilərinin qaçdığını təsdiqlədi
Bizi izləyin

Dünya

Ukrayna hərbçilərinin qaçdığını təsdiqlədi

Luqansk ərazisində döyüşdən sonra 72-ci mexanikləşdirilmiş briqadasının yüzlərlə hərbçisi Rusiya sərhədini keçib və Rostov vilayətindən sığınacaq istəyib.

ANS TV-nin Rusiyanın “NTV” telekanalına istinadən verdiyi məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidməti sərhədi keçən ukraynalı əsgərlərin sayının 438 nəfər olduğunu açıqlayıb.

Qurum rəsmiləri ukraynalı hərbçilərin Rusiya tərəfinə humanitar dəhlizin açılması xahişi ilə üz tutduğunu bildirirlər.

Ukrayna Müdafiə Nazirliyi də 72-ci briqadanın bir hissəsinin 4 saat davam edən döyüşdən sonra silahlarını məhv edərək Rusiya tərəfinə keçdiyini təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm