Ölənlərin sayı 1810-a çatdı
Bizi izləyin

Dünya

Ölənlərin sayı 1810-a çatdı

İsrailin Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 1810-a çatıb, yaralı sayı isə 9400-dür.

ANS TV-nin məlumatına görə, onlardan 401-i uşaq, 238-i isə qadındır. Rəsmi Təl-Əviv bu gün saat 10-dan etibarən 7 saatlıq “insani atəşkəs” qərarı verdiyini bildirib. “Həmas” isə qəzzalıları bu “atəşkəs” barəsində diqqətli olmağa çağırıb.

Qeyd edilib ki, 31 iyulda da 72 saatlıq atəşkəs elan olunmuşdu, lakin 2 saat sonra atəşkəsi İsrail ləğv edərək, yenidən qətliamlara başlamışdı.

İsrail tərəfi atəşkəsin ən mühüm şərti kimi “Həmas” tərəfdən hücumlar olacağı təqdirdə zərbələri davam etdirəcəyini istisna etmir.

Beynəlxalq ictimaiyyət isə İsraili Qəzzaya endirdiyi zərbələrə görə qınamaqda davam edir. Hadisələrin başlanğıcından hücumlara biganə qalmayan rəsmi Ankaradan da növbəti açıqlama gəlib.

Seşki qabağı kampaniyada çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qəzzaya görə günahkarların hamısı cəzalandırılacaq.

BMT-nin baş katibi Pan Gi Mun deyib ki, son bir həftədə İsrail hərbi qüvvələrinin məktəblərə ikinci dəfə hücum etməsi əxlaqı dəyərlərin təhqiri və cinayət aktıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm