Abdulla Gül vidalaşdı
Bizi izləyin

Dünya

Abdulla Gül vidalaşdı

Türkiyə prezidenti Abdulla Gül spiker Cəmil Çiçəklə vidalaşıb.

Publika.az türk mətbuatına istinadən xəbər verir ki, avqustun 28-də fəaliyyət müddəti başa çatan A.Gül 7 il öncə onu prezident seçən deputatlara təşəkkürünü bildirib.

“Türkiyə demokratiyanın və hüququn üstün olduğu ölkədir. 7 il öncə məni deputatlar səs verərək prezident seçdilər. Onların hər birinə dərin təşəkkürümü bildirirəm. Odur ki, mən hazırda demokratiyanın ən gözəl çağlarını yaşayıram. Prezident seçiləndə qürur duyduğum kimi, indi də vəzifəmi başa vurduğum üçün eyni hissləri yaşayıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm