Jirinovskini 10 ilədək həbs cəzası gözləyir
Bizi izləyin

Dünya

Jirinovskini 10 ilədək həbs cəzası gözləyir

Ukrayna Daxili İşlər Nazirliyi Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov, Liberal Demokrat Partiyasının başçısı Vladimir Jirinovski və "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov barəsində axtarış elan edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin mətbuat xidməti bildirib. Axtarış barədə informasiya Daxili İşlər Nazirliyinin saytında yerləşdirilib.

Rusiya Dövlət Dumasının deputatları Ukrayna cinayət məcəlləsinin 260-cı maddəsi (qanunsuz silahlı birləşmələrinin maliyyələşdirilməsi, onların silah, döyüş sursatları və hərbi texnika ilə təmin olunması) ilə ittiham olunur. Günahının sübut ediləcəyi halda bu maddə ilə ittiham olunanları 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, Ukrayna Daxili İşlər Nazirliyi Ukraynanın şərqində terrorizmin maliyyələşdirilməsində şübhəli sayılan S.Mironov, G.Züqanov və V.Jirinovski barəsində araşdırmalara başlayıb. Nazirliyinin əsas istintaq idarəsi adıçəkilən şəxslərdən başqa biznesmen Konstantin Malafeyev və Rusiya müdafiə naziri Serqey Şoyqunu dindirilməsi üçün Kiyevə çağırıb.

Rusiya Liberal Demokrat Partiyasının başçısı Kiyevə getməyə hazır olduğunu deyib.
Amma siyasətçi bildirib ki, bunun üçün rəsmi çağırışı gözləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm