Partizanlardan Donbasda terrorçulara ağır zərbə: 30 ölü
Bizi izləyin

Dünya

Partizanlardan Donbasda terrorçulara ağır zərbə: 30 ölü

Son iki həftə ərzində partizanlar Ukraynanın şərqində terrorçulara ağır zərbə vurub.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Daxili İşlər Nazirliyi son iki həftə ərzində partizanların təxminən 30 terrorçunu məhv etdiyini bildirib.

Daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryakın sözlərinə görə, düşmənin arxasında yerləşən müqavimət dəstələri antiterror əməliyyatlarına fəal dəstək verir. O, Ukraynanın şərqində terrorçuların 13-15 min arasında olduğunu deyib. Nazir məsləhətçisi terrorçulara Rusiya ərazisindən dəstəyin davam etdiyini, lakin bu dəstəyin əvvəlkinə nisbətən azaldığını qeyd edib.

“Onlar anlayırlar ki, əksəriyyəti üçün son günlərdir. Bu səbəbdən də antiterror güclərinə sərt müqavimət göstərir və din əhaliyə qarşı vəhşicəsinə davranırlar”, - Şkiryak bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm