Yens Stoltenberq: "Yunanıstan və Türkiyə NATO-nun dəyərli müttəfiqləridir"
Bizi izləyin

Dünya

Yens Stoltenberq: "Yunanıstan və Türkiyə NATO-nun dəyərli müttəfiqləridir"

"Yunanıstan və Türkiyə NATO-nun dəyərli müttəfiqləridir və alyansın rolu iki ölkə arasındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün platforma təşkil etməkdir".

Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İngiltərənin “Chatham House” analitik mərkəzinin təşkil etdiyi onlayn seminarda söyləyib.

Alyans başçısının sözlərinə görə, rəsmi Ankara və Afina arasında fikir ayrılıqlarının öhdəsindən "dürüst müzakirələrin" köməyi ilə gəlmək olar:

“Biz məhz bunu etdik, məsələn, söhbət Şərqi Aralıq dənizindəki vəziyyətdən gedirdi. Biz NATO-da münaqişənin həlli mexanizmini yarada bildik.

Bununla Şərq Aralıq dənizində Türkiyə və Yunanıstan gəmiləri, təyyarələri arasında hadisələr riski azalır", - deyə o qeyd edib.

Stoltenberq vurğulayıb ki, gərginliyin azalması əhəmiyyətlidir, çünki bu, insan qurbanlarına gətirib çıxara biləcək hadisələrin qarşısını almağa kömək edəcək.

O, əlavə edib ki, NATO çərçivəsində münaqişələrin həlli mexanizmi həmçinin Yunanıstana və Türkiyəyə əsas fikir ayrılıqları üzrə ilkin danışıqları yenidən başlamağa kömək edib:

"Son həftələr və ya aylar ərzində, biz müttəfiqlərin məsələn, Şərqi Aralıq dənizində razılaşmadığı zaman da, NATO-nun düzgün istiqamətdə əhəmiyyətli rol oynadığını sübut edən bəzi vacib addımları gördük", - deyə Stoltenberq bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm