“Facebook”un güdazına gedən İtaliya mafiozları – FOTO
Bizi izləyin

Dünya

“Facebook”un güdazına gedən İtaliya mafiozları – FOTO

İtaliya mafiyasının yüzillərdir ki, əməl etdiyi qadağanı gənc qanqsterlər pozur.

Siciliya mafiyasında sıravi üzvdən tutmuş boslaradək hamının əməl etdiyi bir qayda vardı. Buna “Omerta qanunu”- yənisusmaqdeyirlər. Nə edirsən et, ancaq qanunu pozma. İnformasiya gizli qalmalıdır. Dilindən söz qaçırana istisnasız halda ölüm hökmü verilir. Əlbəttəki, mafiya tribunalı məsələni araşdırırdı. Mafioz suçlu idisə, taleyi ilə barışmalı olurdu.

Lakin indi vəziyyət dəyişib. Gənc qanqsterlər də hamı kimi sosial şəbəkə xəstəliyinə tutulublar.

Polisin daha “KozaNostra” (İtaliya mafiyası belə adlanır) sıralarına agent yerləşdirib məlumat yığmasına gərək yoxdur.“Facebook”, yaxud “Tvitter”də bir az gəzişmək kifayət edir ki, lazımi məlumatı toplayasan.

Məsələn, DomenikoPoloççatto mafiyanın parlayan ulduzlarından sayılır. 28 yaşlı qanqster “Facebook”daöz şəxsi səhifəsini açıb. Düzdür, səhifəni başqa adla açıb. Ancaq ora yüklədiyi şəkillər özününküdür.Şəkillər isə müxtəlif yerlərdə çəkilib – yaxtada, avtomobildə, restoranda.

“Facebook”un sayəsində polislər Domenikin bütün vərdişlərini , gündəlik həyat tərzini öyrəniblər. Bilirlər ki, o, mafiya haqqında teleserialların dəlisidir, Neapol musiqisini sevir, amerikalı müğənni KenniLoqqinsinfanatıdır.

Publika.azSundayTelegraph” agentliyinə istinadla bildirir ki, hazırda sosial şəbəkələrdə Domenik kimi mafiozları izləyən xüsusi polis qrupu var.

O ki qaldı Domenikə, artıq onu heç kim izləmir. Çünki Domenik, necə deyərlər,“Facebook”un “zibilinə keçərək” artıq həbs olunub. Onun haqqında kifayət qədər məlumat toplanıb. Özü də təkcəo, həbs olunmayıb. 95 nəfər başqa mafiozi də onunla birgə həbsə düşüb. Heç polis onları axtarmayıb da. “Facebook”dan mafiozların hansı restoranda şam edəcəklərini öyrəniblər. Vəssalam, bundan sonra yalnız onları həbs etmək qalırdı.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm