Dünya
Vaşinqton etriraf etdi: “Sanksiyalar kifayət etməyib”
“ABŞ-ın Rusiyaya qarşı sanksiyaları hələ ki Moskvanın
siyasətində dəyişikliklərə gətirib çıxarmayıb”.
Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi
məlumata görə, bu sözləri Ağ Evin mətbuat katibi Coş Ernest
keçirdiyi brifinqdə deyib.
“Biz istəyərdik ki, Rusiya Ukraynada stabilliyi pozan
hərəkətlərdə iştirak etməsin. Biz istəyərdik ki, Rusiya
separatçılara olan təsirdən istifadə edərək onları atəşin
dayandırılmasına məcbur etsin. Biz istəyərdik ki, ruslar ağır
silahların daşınmasının qarşısını almaq üçün lazımı addımlara
təşəbbüs etsin. Amma bunların heç birini görmədik”, - C.Ernest
deyib.
Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Barak Obama ilə onun
rusiyalı həmkarı Vladimir Putin arasında telefon söhbəti olub.
Məlumata görə, prezidentlər sanksiyaların hər iki ölkənin
maraqlarına uyğun olmadığını vurğulayıblar.
Bununla belə, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı tətbi etdiyi
sanksiyaları genişləndirmək niyyətində olduğunu
gizlətmirlər.
Ömər Dağlı
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?