İsrail ordusu geri çəkilir
Bizi izləyin

Dünya

İsrail ordusu geri çəkilir

İsrail ordusu Qəzzadan geri çəkilir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun sözçüsü Piter Lerner bildirib.

Almaniyanın AFP agentliyi isə qeyd edir ki, İsrail üç günlük atəşin dayandırılması barədə Həmasla razılaşıb. İsrail ordusunun mətbuat katibi quru əməliyyatında ordunun qarşısına qoyulan məqsədin yerinə yetirildiyini – Qəzzadan İsrailə uzanan tunellərin tamamilə məhv edildiyini söyləyib.

Atəş razılaşmasının Misirin vasitəçiliyi ilə əldə olunduğu xəbər verilir.

Xatırladaq ki, Qəzzada İsrail ordusunun quru əməliyyatları 17 iyulda başlayıb. Bundan əvvəlki 10 gün ərzində isə Qəzza hava zərbələrinə məruz qalıb. Son məlumatlara görə, 1800-dən çox fələstinli həlak olub. İsrailin itkisi isə 70 nəfərdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm