BMT avtomobillərinə HÜCUM: Beş nəfər öldürüldü
Bizi izləyin

Dünya

BMT avtomobillərinə HÜCUM: Beş nəfər öldürüldü

Əfqanıstanda BMT missiyasına məxsus avtomobillərə silahlı hücum olub.

Publika.az "Ariana News" telekanalına istinadla xəbər verir ki, hadisə paytaxt Kabil və Cəlalabad şəhərlərini birləşdirən magistral yolda baş verib.

Məlumata əsasən, avtomobillərdən birinin sürücüsü güllələndikdən sonra nəqliyyat vasitəsi çaya düşüb. Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.

Lakin onların BMT əməkdaşları, yaxud da mühafizə dəstəsindən olmaları açıqlanmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm