Yaponiyada zəlzələdə xəsarət alanların sayı 150 nəfərə çatdı - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Yaponiyada zəlzələdə xəsarət alanların sayı 150 nəfərə çatdı - YENİLƏNDİ

Yaponiyada 7,3 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 150 nəfərə çatıb.

Məlumata görə, xəsarət alanların çoxu yeraltı təkanların daha güclü qeydə alındığı Miyaqi və Fukusima prefekturasının sakinlərdir.

Ölkənin Milli Meteorologiya İdarəsi həftə ərzində bir neçə yeraltı təkanın baş verəcəyi barədə xəbərdar edib.

Qeyd edək ki, fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Fukusima prefekturasının sahillərində, ocağı 60 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub. Yaponiyanın Baş naziri Yoşihide Suqa bildirib ki, zəlzələ nəticəsində nüvə obyektlərinə ziyan dəyməyib. (report)

xxx

Xəbər verdiyimiz kimi, Yaponiyanın şimal-şərq sahillərində 7,3 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, yeraltı təkanlar nəticəsində ərazidəki atom elektrik stansiyalarında anomaliyalar qeydə alınmayıb. Sunami xəbərdarlığı elan edilməyib.

Yerli vaxtla saat 23:08 dəqiqədə qeydə alınan zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 59 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, Miyaqi və Fukuşima prefekturalarında azı 30 nəfər xəsarət alıb.

Zəlzələdən dərhal sonra Baş nazirin ofisinin yanında xüsusi işçi qrup yaradılıb. Baş nazir Yoşihide Suqa şəxsən saat 23:28 dəqiqədə ofisə qayıdıb. Baş nazirin əlaqədar nazirliklərə zəlzələnin vurduğu ziyanın dəqiqləşdirilməsi, təcili xilasetmə işlərinə başlanması və ictimaiyyətə lazımi informasiyanın vaxtında çatdırılması barədə göstərişlər verdiyi bildirilir.

Nazirlər Kabinetinin baş katibi Katsunobu Katonun verdiyi məlumata görə, zəlzələdən sonra təqribən 950 min ev elektrik enerjisiz qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm