Rövşən Lənkəranski ilə slavyan oğruların Krım müharibəsi
Bizi izləyin

Dünya

Rövşən Lənkəranski ilə slavyan oğruların Krım müharibəsi

Yaltada oğru “sxodka”sının (toplantı –red.) hüquq-mühafizə orqanları tərəfindən dağıdılması haqda xəbər vermişdik.

İndi isə toplantı ilə bağlı təfərrüatlar məlum olub.

Krım Rusiyaya birləşdirildikdən sonra yarımadada kazinoların açılması gözlənilir. Odur ki, bütün kriminalitetin nəzərləri hazırda Krımdadır. Slavyan avtoritetlər Yaltaya gələrək yerli qanuni oğrularla danışıqlar aparıblar. Onlar qafqazlı oğruları, xüsusən də azərbaycanlı “vor zakon” Rövşən Lənkəranskinin daxil olduğu klanı Krımdan uzaq saxlamaq niyyətindədirlər.

Slavyan əsilli qanuni oğrular Vasya Voskres və Piçuqa hazırda Krıma nəzarət edən Kamo Safaryanla razılığa gəliblər.

Həm də Kamo Safaryan bir xoş müjdə alıb. Onun düşməni, erməni qanuni oğru Sergey Asatryan (ləqəbi Bentli) dağıstanlı avtoritetlər tərəfindən döyülərək xəstəxanaya düşüb. Belə xoş xəbərin fonunda Safaryan slavyanlarla razılığa gəlib.

Amma Kutaisi klanının da Krımdan əl çəkəcəyi ağlabatan deyil. Tariel Oniani və Merab Canqveladze həbsdə olsalar da, Lənkəranski və digərləri azadlıqdadır. Onlar Krım uğrunda müharibəyə başlamaq niyyətindədirlər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm