Erməni general: “Problem Azərbaycan və Ermənistan arasında həll edilmir”
Bizi izləyin

Dünya

Erməni general: “Problem Azərbaycan və Ermənistan arasında həll edilmir”

“Bu görüşdən nə Ermənistan, nə də Azərbaycan yaxşı heç nə gözləmir. Çünki problem Ermənistan və Azərbaycan arasında həll edilmir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni mediasına açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin bu həftəsonu Soçidə keçirilməsi planlaşdırılan görüşünü şərh edən Ermənistan müdafiə nazirinin keçmiş müavini Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasındakı atışmalar nəticəsində Rusiyanın geosiyasi maraqları həll edilir. Soçi görüşündə ATƏT-in Minsk Qrupu həmsədrlərdən yalnız birinin – Rusiyanın iştirak edəcəyinə diqqət çəkən A.Köçəryan görüşün təşkili üçün də məhz sərhəddəki gərginlikdən istifadə edildiyini bildirib.

“Ötən illər ərzində münaqişənin həlli yollarını axtarırdıq. İndi münaqişənin həlli açarı sanki Rusiyanın əlinə keçir. Hesab edirəm ki, Rusiya ilk növbədə onun geosiyasi maraqlarına əsaslanacaq, Ermənistan və Azərbaycanın maraqlarına deyil. Rusiya Qafqazda öz təsirini gücləndirməyə çalışır. Xüsusilə, Ukrayna, Moldova və Gürcüstanda təsirini itirdiyini nəzərə alır. İstisna deyil ki, Sərkisyan-Əliyev görüşündə Dağlıq Qarabağda sülhməramlılarının yerləşdirilməsi təklif ediləcək”, – keçmiş nazir müavini qeyd edib.

A.Köçəryan bildirir ki, Ermənistan və Azərbaycan başqa ölkənin maraqlarına xidmət etməklə öz dövlət quruluşunu itirməmək üçün diqqətli olmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm