İlk müsəlman qadın nazir Qəzzaya görə istefa verdi
Bizi izləyin

Dünya

İlk müsəlman qadın nazir Qəzzaya görə istefa verdi

İngiltərənin ilk müsəlman qadın naziri ölkəsinin Qəzza ilə bağlı yürütdüyü siyasətə etiraz edərək istefa verib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərənin inanc və cəmiyyətlər naziri “ölkəmin Qəzza siyasətini daha çox müdafiə edə bilməyəcəyəm” deyib.

Barones Varsi rəsmi twitter hesabında istefa ilə bağlı ərizəni baş nazirə kədər içində təqdim etdiyini bildirib.

İngiltərə baş naziri David Kameronun 2010-cu ildə qələbə qazanan zaman Varsini də hökumətə daxil etmiş və hökumətdə ilk müsəlman qadın olaraq tarixə keçmişdi. 2010-2012-ci illərdə Mühafizəkar Partiyasında həmsədr olan Varsi 2007-ci ildən bu yana Lordlar Palatasındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm