NATO İraqdakı hərbçilərinin sayını artırır
Bizi izləyin

Dünya

NATO İraqdakı hərbçilərinin sayını artırır

NATO ölkələrinin müdafiə nazirləri videokonfrans formatında keçirilən iclasda Alyansın İraqdakı hərbçilərinin sayının artırılması barədə qərar qəbul ediblər.

Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.

“İraqdakı missiyamızın sayını 500 nəfərdən 4 min nəfərə qədər artırmaqla bağlı qərar verdik. Bu, bir neçə ay ərzində, mərhələli şəkildə həyata keçiriləcək. NATO hərbçiləri təlim statusunu qoruyacaq, döyüş əməliyyatlarında iştirak etməyəcək”, - deyə Stoltenberq vurğulayıb.

Baş katib əlavə edib ki, NATO-nun İraqdakı genişləndirilmiş missiyasına rəhbərliyi Danimarka edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm