Əlində bomba açıldı: Daxili İşlər Nazirliyində araşdırmalara başlanılıb - VİDEO
Bizi izləyin

Dünya

Əlində bomba açıldı: Daxili İşlər Nazirliyində araşdırmalara başlanılıb - VİDEO

Makedoniya çempionatında ilk tur faciə ilə yadda qalıb. Mövsümün açılış turunda "Pelister" və "Vardar" komandaları arasında keçirilmiş oyun zamanı azarkeşlərdən birinin əlində qaz bombası açılıb.

Publika.az xəbər verir ki, bu barədə Makedoniya mətbuatı məlumat yayıb. Məlumata görə, "Vardar" azarkeşləri ilə polislər arasındakı gərginlik yaranıb.

Matçın sonuna 15 dəqiqə qalmış baş verən hadisə nəticəsində bir neçə nəfər ölüb.

Həmçinin yaralanan bir azarkeşin əli parçalanıb. İnsidentlə bağlı Makedoniya Daxili İşlər Nazirliyində araşdırmalara başlanılıb.

Qeyd edək ki, matç "Vardar"ın qələbəsi ilə yekunlaşıb (1:0).

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm