Almaniyadan iddia: "İŞİD-in tərkibində ən çox türklər savaşır"
Bizi izləyin

Dünya

Almaniyadan iddia: "İŞİD-in tərkibində ən çox türklər savaşır"

Almaniyanın “Die Welt» qəzeti “İraq Şam İslam Dövləti” təşkilatı üzvləri barədə maraqlı məlumat yayıb.

Axar.az xəbər verir ki, qəzet İŞİD-ə ən çox qatılan vətəndaşların ən çox Türkiyədən olduğunu bildirib. Qəzet bu barədə xəbərini “İŞİD-in Türk Birliyi” başlığında yayımlayıb.

Avropanın bir çox ölkəsindən İŞİD-ə qatılanlar olduğunu qeyd edən mətbuat orqanı terror təşkilatında ən çox türklərin vuruşduğunu bildirib.

Avropadan 1200 vətəndaşın Türkiyə üzərindən Suriyaya keçərək İŞİD-in tərkibində vuruşduğu, döyüşdükdən sonra təkrar Türkiyə vasitəsi ilə Avropa ölkələrinə qayıtdıqları vurğulanıb. Bunun isə Türkiyə-AB münasibətlərinə ciddi şəkildə mənfi təsir göstərdiyi qeyd edilib.

10-15 min İŞİD-in üzvü olduğunu bildirən “Die Welt» Ankaranın məlumatına əsaslanaraq təşkilatın 10 faizini türklər təşkil etdiyini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm