Donetskdə şiddətli döyüşlər gedir, körpülər partladılıb
Bizi izləyin

Dünya

Donetskdə şiddətli döyüşlər gedir, körpülər partladılıb

Ukraynanın Donetsk vilayətinin Petrovski rayonunda şiddətli döyüşlər gedir.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Donetsk şəhər şurasının mətbuat xidməti bildirib.

Artilleriya atəşi nəticəsində Petrovski rayonunda yerləşən yarımstansiya və 100-dən çox transformator fəaliyyətini dayandırıb. Nəticədə rayonun əksər hissəsi elektriksiz qalıb.

Təsdiq edilməmiş məlumatlara görə, dinc əhali arasında zərər çəkənlər var. Onların sayı dəqiqləşdirilir.
Digər bir məlumatda isə terrorçuların Donetsk vilayətində 17 körpünün partlatdığı bildirilir. Ukrayna Milli

Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko qeyd edib ki, onların əksəriyyətini bərpa etmək mümkün olmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm