Rusiya müdafiə naziri barəsində həbs qərarı verildi
Bizi izləyin

Dünya

Rusiya müdafiə naziri barəsində həbs qərarı verildi

Kiyevin Peçerski məhkəməsi Rusiya müdafiə naziri Sergey Şoyqu barədə həbs qərarı verib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukraynanın “RBK-Ukrayna” xəbər agentliyi yazıb.
Barəsində həbs qərarı verilən digər Rusiya vətəndaşları Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov, Liberal Demokrat Partiyasının başçısı Vladimir Jirinovski, "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov və biznesmen Konstantin Malafeyevdir.

Qeyd edək ki, dünən Ukrayna Daxili İşlər Nazirliyi adıçəkilən şəxslər barəsində axtarış elan ermişdi. Rusiya Dövlət Dumasının deputatları, eləcə də müdafiə naziri və biznesmen Ukrayna cinayət məcəlləsinin 260-cı maddəsi (qanunsuz silahlı birləşmələrinin maliyyələşdirilməsi, onların silah, döyüş sursatları və hərbi texnika ilə təmin olunması) ilə ittiham olunur. Günahının sübut ediləcəyi halda bu maddə ilə ittiham olunanları 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm