İŞİD vaxt verdi: “Ya müsəlman olun, ya da...”
Bizi izləyin

Dünya

İŞİD vaxt verdi: “Ya müsəlman olun, ya da...”

İraqda “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatından qaçan minlərlə yezidi kürdü müqəddəs məbədi sayılan Duhokdakı Laleşə sığınıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Anadolu” xəbər agentliyinə yezidi kürdlərin ruhani lideri Baba Şeyx bildirib.

Baba Şeyx İŞİD-in onlara “ya müsəlman olun, ya da ölün” deyərək təhdid etdiyini söyləyib. Şeyxin sözlərinə görə, İŞİD qərar vermək üçün onlara biir neçə saat vaxt verib və bu müddətdə bölgəni tərk etmək mümkün olub.

Ruhani lider hazırda 30 minə qədər yezidi kürdün Sincar dağında qaldığını söyləyib. Təxminən 45 uşağın susuzluqdan öldüyünü deyən Baba Şeyx qaçırılan 50 qadının da Telafər hava limanında saxlanıldığını ifadə edib.

Yezidi kürdlər daha çox İraqın Mosul və Duhok vilayətlərində yaşayır. İraqda onların sayı 500 minə yaxındır. Son dövrdə onların bir qismi müxtəlif hücumlara məruz qaldığı üçün Avropa ölkələrinə köçüb.

Tarixi və dini qaynaqa görə, yezidilik atəş, günəş və suyun müqəddəs sayıldığı bir inanc şəklidir. Bir yezidin başqa bir dinə qəbul etməsi ən böyük günah sayılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm