Şoyqu zorla Ukraynaya gətiriləcək
Bizi izləyin

Dünya

Şoyqu zorla Ukraynaya gətiriləcək

Kiyevin Peçerski rayon məhkəməsi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun məcburi şəkildə məhkəməyə gətirilməsi haqqında qərar qəbul edib.

ANS PRESS-in məlumatına görə, Rusiyalı biznesmen Konstantin Malafeyev, həmçinin siyasətçilər Rusiyanın Dövlət dumasının deputatları Vladimir Jirinovski, Gennadi Züqanovun və Sergey Mironovun da tutularaq məhkəməyə gətirilməsi haqda məhkəmə qərar çıxarıb.

Bu haqda Ukrayna Baş prokurorluğunun spikeri Yuri Boyçenko məlumat verib.

Rusiyalı vəzifəlilər Ukraynada silahlı dəstələr yaratmaqda və onları maliyyələşdirmədə ittiham edilirlər.

Artıq Ukrayna tərəfi bu şəxsləri axtarışa verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm