Yeni hücumlar: 30 ölü, 205 yaralı
Bizi izləyin

Dünya

Yeni hücumlar: 30 ölü, 205 yaralı

Livanın sərhəd qəsəbəsi Arsal və ona yaxın ərazilərdə ordu qüvvələri ilə silahlı qruplaşmalar arasında qarşıdurmalar olub.

Axar.az xəbər verir ki, səhiyyə işçilərindən alınan məlumata görə, Suriya sərhədindəki Arsal bölgəsində ordu qüvvələri ilə silahlı qruplaşmalar arasında qarşıdurmalarda 30 adam həlak olub, 15-i ağır olmaqla 205 adam yaralanıb.

Livan Müsəlman Alimlər Birliyinin üzvü Hisam Əl-Qali təşkil etdiyi mətbuat konfransında Arsaldakı Suriya köçkünlərinin qaldığı mühacir düşərgələrinə hava bombaları atıldığını, 6 düşərgənin tamamilə yandığını bildirib.

Qeyd edək ki, açıqlama veriləndən bir müddət sonra humanitar yardım aparan və tərəflər arasında atəşkəsi təmin etmək üçün gedən Livan Müsəlman Alimlər Birliyi üzvlərinin avtomobil karvanına hücum olub, 2 adam yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm