ABŞ generalı YPG-yə dəstək verdiklərini ETİRAF ETDİ
Bizi izləyin

ABŞ

ABŞ generalı YPG-yə dəstək verdiklərini ETİRAF ETDİ

2014-2018-ci illər arasında ABŞ-ın Avropa Qüvvələri Komandanlığı vəzifəsində çalışmış ehtiyatda olan general-leytenant Ben Hoces "CNN TÜRK" kanalına danışıb.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki,Hodgesin Vaşinqtonun Türkiyə ilə ABŞ arasındakı ən böyük problemlərindən biri olan YPG-yə dəstəyilə əlaqədar açıqlamaları diqqət çəkib:

"Məncə, keçmişdə YPG-yə silah verməyimiz səhv idi. Bu həmin dövrdə verilmiş taktiki bir qərar idi. YPG İŞİD-lə döyüşən ən təsirli qüvvə sayılırdı. Ancaq indi baxdıqda bunun bir səhv olduğunu Türkiyə ilə münasibətlərə verdiyi zərərdən anlayırıq. Ümid edirəm, yeni hökumət bu siyasəti yenidən nəzərdən keçirərək, İŞİD-ə qarşı yeni bir həll gətirəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm