Dünya
Ukraynadakı azərbaycanlılardan müraciət
Ukraynada yaşayan azərbaycanlılar son günlər
Azərbaycanın işğal olunmuş torpaqlarındakı təmas xəttində
Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatdan ciddi
narahat olduqlarını bildiriblər.
ANS PRESS-in Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla verdiyi
məlumata görə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK)
sədr Rövşən Tağıyevin imzası ilə beynəlxalq təşkilatlara müraciət
ünvanlanıb.
Müraciətdə Ukraynada yaşayan azərbaycanlılar beynəlxalq
təşkilatlardan Ermənistanın silahlı qüvvələrinin təmas xəttində
insan tələfatına səbəb olan təxribatları ilə əlaqədar ciddi ölçü
götürülməsinin vacibliyi qeyd olunub.
Müraciətdə həmçinin deyilir ki, son günlər baş verən hadisələr
xüsusilə də, Ermənistan tərəfindən 1994-cü ildə əldə olunmuş
atəşkəs razılığının pozulması insan tələfatına, xüsusilə dinc
sakinlərin öldürülməsinə səbəb olmaqdadır. Ukrayna azərbaycanlıları
münaqişənin artıq davam etməsinin yolverilməz olduğunu bildirərək,
BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində də göstərildiyi
kimi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün beynəlxalq
ictimaiyyəti təxirəsalınmaz tədbirlər görməyə, təcavüzkara qarşı
sanksiyalar tətbiq etməyə çağırır.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin müraciətində
bildirilir ki, bütün beynəlxalq təşkilatlar- BMT, Avropa İttifaqı,
Avropa Şurası, xüsusən də ATƏT işğal olunmuş Dağlıq Qarabağın və
ətraf rayonların azad olunması barədə qəbul edilmiş qətnamələrinin
yerinə yetirilməsi üçün konkret addımlar atmalıdır.
“Ukrayna azərbaycanlıları Azərbaycan dövlətinin regionda sülhün
təmin olunmasına yönəlmiş siyasətini dəstəkləyir, münaqişənin dinc
yolla həll olunmasının, yüksək səviyyədə razılığın əldə edilməsinin
tərəfdarıdır”- deyə müraciətdə qeyd olunub.
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB