Meyit olmaq qorxusu ukraynalı əsgərləri Rusiyaya yönləndirib
Bizi izləyin

Dünya

Meyit olmaq qorxusu ukraynalı əsgərləri Rusiyaya yönləndirib

Dünən Rusiya sərhədini keçən 438 ukraynalı əsgərin bir qismi elə günün sonunda sərhədi keçərək, geri qayıdıb. Rusiya dövlət telekanalı əsgərlərin Rostov vilayətindən Ukrayna tərəfə keçməsini əks etdirən kadrlar yayıb. Kadrlarda ukraynalı əsgərlərin Rusiyaya məxsus hərbi texnika ilə Ukrayna sərhədinə aparıldığı görülür.

Ukraynalı əsgərlərin bu addımının səbəblərini isə hər iki tərəf bir cür şərh edir. Rusiya rəsmiləri onların Kiyev hökumətindən qaçdıqlarını və Rusiya tərəfindən təhlükəsiz dəhliz açmalarını xahiş etmək üçün sərhədi keçdiklərini bildirib. Ukrayna ordusunun rəsmisi isə əsgərlərin Rusiya-yönümlü separatçı qüvvələrin açdığı atəşdən yayınmaq üçün və güllələri qurtardığı üçün sərhədi keçdiklərini iddia edib.

"Əgər biz sərhədi keçməsəydik, indi döyüşdə ölmüş olacaqdıq." - əsgərlərdən biri belə deyib.

"Düşünürəm ki, prokurorluqda olmaq orada döyüş meydanında meyit olmaqdan daha yaxşıdır. Meyitləri götürüb aparmırlar. Əgər hökumətimiz öz əsgərlərinin meyitlərinə sahib çıxmırsa, daha nə deyə bilərik?" - deyə, bir başqa ukraynalı əsgər bildirib.

Rusiya sərhəd xidməti Rostova keçən ukraynalı əsgərlərdən 180-nin öz istəyi ilə geri qayıtdığını açıqlayıb.


Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm