Dünya
Ərdoğan erməniləri təhqir etdi - Video
Türkiyədə keçiriləcək prezident seçkisinin ən favorit namizədi
Rəcəb Tayyib Ərdoğan “NTV”də tanınmış jurnalist Oğuz Hakseverin
aparıcılıq etdiyi “Namizədlər danışır” proqramında qonaq olub.
Ərdoğan proqramda ölkədəki məzhəb qarşıdurmalarından və ertnik
mübahisələrdən danışıb. Özü barədə də bu cür iddialar irəli
sürüldüyünü deyən Ərdoğan türk oğlu türk olduğunu vurğulayıb.
“Mənim üçün "gürcüdür" dedilər. Hətta çox daha çirkin şeylər
deyənlər də oldu, "ermənidir" dedilər. Mənim atamdan, babamdan
eşitdiyim bir şey var: Türk oğlu türkəm!”
Ərdoğanın fikrini bu cür ifadə etməsi sosial şəbəkədə uzun müddət
müzakirə mövzusu olub. Müxalifətçi Cümhuriyyət Xalq Partiyasının
(CHP) Kocaelidən olan millət vəkili Xurşid Günəş bu ifadə tərzinə
görə, Ərdoğanı məhkəməyə verməyə hazırlaşır. Günəş, Ərdoğanın
konstitusiyanın 10-cu, cinayət məcəlləsinin 122 və 216-cı
maddələrini pozduğunu iddia edib.
“Utanmazlığa bir baxın. Ərdoğan erməniliyə çirkin dedi. Yazıqlar
olsun!! Bir insana səhvən də olsa, erməni demək çirkin bir iftira
deyildir. Bunu belə dəyərləndirmək irqçilikdir! Ərdoğanın ağzından
çıxanı qulağı eşitmir. O prezident olarsa, Türkiyə sadəcə tiran
yox, həm də irqçi seçmiş olacaq. Erməni həmvətənlərimiz
inciməsinlər. Onun ağlı yerində deyil. Dünya bu irqçini tanısın.
Erməni olma iddiasını çirkin bir iftira kimi göstərir. Hırant Dinki
kim öldürdü? Heç axtarmayın. Onu öldürən düşüncə prezidentliyə
namizəd oldu. Bəs bu adam yaradılanı Yaradandan ötrü sevirdi?
Ermənini Allah yaratmayıbmı? Deməli ya yalançıdır, ya da Yaradanı
sevmir. Bu gün ilk işim prokurorluğa gedərək Ərdoğandan şikayət
etmək olacaq...” – deyə CHP millət vəkili açıqlamasında
bildirib.
anspress.com
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK