Rusiya ukraynalı qaçqınlara pul ayırdı
Bizi izləyin

Dünya

Rusiya ukraynalı qaçqınlara pul ayırdı

Rusiya hökuməti ölkəyə üz tutan ukraynalı qaçqınların yerləşdirilməsinə 366 milyon rubl (8 milyon AZN) və ya təxminən 10 milyon dollar həcmində vəsait ayırıb.

Rusiya Nazirlər Kabinetinin göstərişinə əsasən, həmin vəsait 40 region arasında bölüşdürüləcək. Bölüşdürülmə Ukrayna ərazisini tərk etməyə məcbur qalmış şəxslərin Rusiyada faktiki qalma müddətinin uzunluğuna əsasən müəyyənləşdiriləcək.

Prosesə Regionlar Nazirliyi nəzarət edəcək. Quruma sentyabrın 10-dək ukraynalı qaçqınların dəyişməkdə olan sayı və onları qəbul edən regionlar haqqında uçotun təqdim edilməsi tapşırığı verilib.

BBC Russian

Oxumağa davam et
Reklam
Reklam

Gündəm