Prezident vaxtından qabaq seçki üçün göstəriş verdi
Bizi izləyin

Dünya

Prezident vaxtından qabaq seçki üçün göstəriş verdi

Bolqarıstanda yeni müvəqqəti hökumət formalaşıb. Ölkə prezidenti Rosen Plevneliev parlamentin buraxılması barədə sərəncam imzaladıqdan sonra beynəlxalq hüquq professoru Corci Bliznaşki hökumətin başına keçib. Prezident yeni baş nazirə oktyabr ayının 5-inə kimi ölkədə seçkilər keçirməyi tapşırıb.

Bliznaşki bildirib ki, müvəqqəti hökumət Avropa Birliyinin bu ölkəyə yardımını bərpa edəcək və Bolqarıstanın AB-nin bank ittifaqına qoşulması üçün fəaliyyətlərini gücləndirəcək. Bolqarıstan son günlərdə hökumət əleyhinə etirazlar və rüşvətxorluq skandaları ilə çalxalanır.

Sabiq baş nazir Plemen Oreşarski iyul ayının sonunda istefaya getmişdi.

Euronews

Oxumağa davam et
Reklam
Reklam

Gündəm