Daha bir ölkədə Britaniya ştammı aşkarlandı
Bizi izləyin

Dünya

Daha bir ölkədə Britaniya ştammı aşkarlandı

Estoniyada bu günə qədər koronavirusun Britaniya versiyasına 80-dən çox yoluxma faktı qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Estoniya Səhiyyə Departamenti yayıb.

Bildirilib ki, Səhiyyə Departamenti Tartu Universitetindən və Avropa Yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə (ECDC) referens-laboratoriyasından ştammların identifikasiyasını və tam genomun təyin edilməsini sifariş edəcək.

Qeyd edilir ki universitet ölkə xaricindən gələnlərin və naməlum yoluxma mənbəyinə sahib olan xəstələrin müsbət test nümunələrini təhlil edir. Ötən cümə günü Səhiyyə Departamenti ECDC-dən 195 nümunəyə dair cavab alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm