Çində təyyarə evlərin üzərinə düşüb: Ölənlər var
Bizi izləyin

Dünya

Çində təyyarə evlərin üzərinə düşüb: Ölənlər var

Çinin Szyansi əyalətinin meteoroloji xidmətinə məxsus təyyarə yaşayış evlərinin üzərinə düşüb.

Publika.az TASS-a istinadla xəbər verir ki, hadisə Szian şəhərində baş verib. Qəza nəticəsində beş nəfərin öldüyü, bir nəfərin yaralandığı və üç binaya zərər dəydiyi bildirilir.

Ölənlərın hamısı təyyarədə olan xidmət əməkdaşlarıdır. Yaralanan şəxs isə təyyarənun üzərinə düşdüyü binalardan birinin sakinidir. Onun dərhal xəstəxanaya çatdırıldığı və sağlamlıq durumunun qənaətbəxş olduğu qeyd edilir.

Məlumata əsasən qəzaya uğrayan yüngül mühhərrikli “Beechcraft B300 King Air 350” təyyarəsi yağış buludlarını öyrənmək məqsədilə havaya qalxıb.

Hazırda qəzanın səbəbləri aydınlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm