Sağ sektorun lideri Yaroş döyüşdə yaralandı
Bizi izləyin

Dünya

Sağ sektorun lideri Yaroş döyüşdə yaralandı

Ukraynada prezident Yanukoviçi devirənlərdən biri, Sağ sektorun lideri Dmitri Yaroş döyüşdə yaralanıb.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, Yaroşun başçılıq etdiyi könüllülərdən ibarət “Dnepr” batalyonu ilə separatçılar arasında qızğın döyüşlər gedib.

Qondarma Donetsk Xalq Respublikasının döyüşçüləri qəfildən “Dnepr” batalyonunun postlarına hücum təşkil ediblər.

Döyüş Donetskdən 45 km aralıda baş verib. Ukraynalılar xeyli itki verib. Batalyonun komandanlığı öldürülüb. Dmitri Yaroş isə ağır yaralanıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm