Türkiyə Jandarmı Silahlı Qüvvələrin tərkibindən çıxarılır
Bizi izləyin

Dünya

Türkiyə Jandarmı Silahlı Qüvvələrin tərkibindən çıxarılır

Türkiyənin güc strukturlarında islahatlar aparılacaq. Belə ki, ölkə Jandarmı Türkiyə Silahlı Qüvvələrinin tərkibindən çıxacaq. Bunu Türkiyənin daxili işlər naziri Əfqan Əla bəyan edib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən xəbər yayıb.


Nazirin sözlərinə görə, Jandarm Qüvvələrinin fəaliyyəti işinin mahiyyətinə görə ordunun fəaliyyətindən fərqlənir.


Nazir bildirib: "Hazırda Jandarmın ölkənin SQ-nin tərkibindən çıxarılması üçün bütün hazırlıq işləri görülür".


Bununla yanaşı nazir gözlənilən struktur dəyişikliklərinin konkret tarixini dəqiqləşdirməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm