Hüquqşünas körpə qızını doqquzuncu mərtəbədən atdı
Bizi izləyin

Dünya

Hüquqşünas körpə qızını doqquzuncu mərtəbədən atdı

Rusiyanın Jukovsk şəhərində dəhşətli ailə dramı yaşanıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dünən şəhərin Korolyova küçəsində insident baş verməsi haqda polisə xəbər daxil olub. Hadisə yerinə gələn polis dəhşətli mənzərə ilə üzləşib.

Məlum olub ki, 37 yaşlı hüquqşünas V. Pozdnyakov evdə həyat yoldaşı ilə mübahisə edib. Əsəbiləşib özündən çıxan hüquqşünas əvvəlcə 6 yaşlı oğlunu pəncərədən çölə atmaq istəyib. Lakin arvadı ona mane olub. Belə olan halda kişi 2 yaşlı qızını qucağına alaraq eyvana çıxıb və uşağı aşağı atıb. Bu zaman ona mane olmağa çalışan 81 yaşlı nənəsini də bıçaqlayaraq öldürüb.

Doqquzuncu mərtəbədən düşən 2 yaşlı qız ağır xəsarət alsa da, möcüzə nəticəsində sağ qalıb. Həkimlər onun həyatını xilas ediblər.

Pozdnyakov isə həbs edilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm